Əfqanıstanın altı sərhəd əyalətində Pakistan və Əfqanıstan qüvvələri arasında baş verən toqquşmalarda 60-dan çox insan həlak olub.
"Unikal" xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid Kunarda təxminən 40 Pakistan əsgərinin öldürüldüyünü bildirib. Pakistan təhlükəsizlik mənbələri 22 Taliban əməliyyatçısının öldürüldüyünü yazır
Mücahid xəbərdarlıq edib ki, Pakistan Kabilə və ya böyük şəhərlərə hücum edərsə, Əfqanıstan "onların əsas mərkəzlərinə və vacib şəhərlərinə zərbələr endirəcək" və Taliban döyüşü qızışdırmaq istəmir, əksinə qisasını alır.
*** 23:20
Pakistan qoşunları Əfqanıstan qüvvələrinin hücumunun qarşısını alıb.
"Unikal" xəbər verir ki, ilkin məlumatlara görə, Əfqanıstan tərəfi böyük itkilər verib, çoxsaylı postlar və hərbi texnika məhv edilib.
Pakistanın İnformasiya Nazirliyindən bildirilib ki, ölkə öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək.
