"Azərbaycanda inanılmaz dərəcədə gözəl qızların olduğunu gördüm".
"Unikal" xəbər verir ki, bunu Moskva Klassik Teatrının aktyoru Aleksandr Morozov deyib.
"Moskvadan Bakıya gedən təyyarədə bizimlə birlikdə səmavi gözəlliyə malik biri var idi. Onu Şeremetyevo hava limanında gördüm. Özümə gələ bilmədim, yanına getdim və təriflədim. Sonra paltosunu çiyinlərinə atmasına kömək etdim. Telefon nömrəsini soruşmağa utanırdım. Hətta adını belə öyrənə bilmədim. Amma bu qız ürəyimi fəth etdi. Bəli, mən Şərq gözəlliyini sevirəm. Amma Şərq qızları ilə oynaya bilməzsən. Hisslərini etiraf etsən, evlənməlisən", - deyə o qeyd edib.
Məlum olub ki, teatr heyəti Heydər Əliyev Sarayında "Master və Marqarita" tamaşasını səhnələşdirib. Morozov Bakıya ilk dəfədir gəldiyini bildirib: "Bura daha tez gəlmədiyim üçün peşmanam. İnanılmaz dərəcədə gözəl bir şəhərdir! Hava limanından otelə gedərkən memarlığa heyran oldum: tarix və müasirliyin qarışığı, geniş küçələr və yaşıl meydanlar. Yeri gəlmişkən, Moskvada çoxlu sayda Azərbaycanlı dostum var. Onlar əla, layiqli insanlardır!"
Ağarza Elçinoğlu
