Birinci Qarabağ müharibəsində itkin düşən tankçı Nofəl Əsgərovun qalıqları Gəncədə dəfn edilib.
"Unikal"ın məlumatına görə, itkin düşən hərbçi (tankçı) Nofəl Cahangir oğlu Əsgərovun nəşinin qalıqları Gəncədə şəhərində ailəsinə təhvil verilib. Əvvəlcə Gəncə şəhərində Mahrasa bağlı adlan yaşayış massivində şəhidin ailəsinin yaşadığı evdə onunla vida mərasimi baş tutub..Vida mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları, şəhid ailələri, müharibə iştirakçıları, ictimayət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin tankçı şəhidin qalıqları Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı havaya yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.
Xatırladaq ki, şəhid tankçı Nofəl Cahangir oğlu Əsgərov 1966-cı ildə Tərtər rayonun Borsunlu kəndində dünyaya göz açıb. N.Əsgərov sonrada Gəncə şəhərinə köçüb.Nofəl Cahangir oğlu Əsgərovun Birinci Qarabağ mühirbəsindən əvvəl Əfqanıstan döyüşlərində iştirak edib. Bundan sonra Birinci Qarabağ mühirbəsinə qatılıb. N.Əsgəroc bir neçə əməliyyatlarda xüsusi fəallığı ilə seçilib. Nofəl Əsgərov 1992-ci ilin iyun 16 da Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb. O, döyüşlərdə tankçı kimi şücaət göstərib.
Qeyd edək ki, tankçı şəhid Nofəl Əsgərov ailəli olub. Onun iki qızı var. Şəhid N.Əsgərov Birinci Qarabağ müharibəsində qatıldıqdan sonra bir qızı övladı dünyaya gəlib. Digər qızın iki yaşı olub.
