Amerikalılar dərhal İranı quru yolu ilə tərk etməli və Ermənistana və ya Türkiyəyə getməlidirlər.
"Unikal" xəbər verir ki, müvafiq məlumatı ABŞ-nin İrandakı səfirliyi yayıb.
Diplomatik missiya qeyd edib ki, İranda etirazlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilib, yollar bağlanıb, ictimai nəqliyyat sıradan çıxarılıb və internet bloklanıb. Səfirlik əlavə edib ki, hökumət mobil, stasionar və milli internet şəbəkələrinə çıxışı məhdudlaşdırmağa davam edir və aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırır və ya ləğv edir.
