Kubada tarixdə ilk dəfə sıfırdan aşağı temperatur qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Meteorologiya İnstitutu məlumat yayıb.
Rekord minimum temperatur ölkənin qərb hissəsində yerləşən Matanzas əyalətində qeydə alınıb.
Əvvəlki rekord temperatur 0,6°C olub və bu, 18 fevral 1996-cı ildə Bainoa stansiyasında qeydə alınıb.
Kubanın qərb və mərkəzi bölgələrindəki digər meteoroloji stansiyalar müvafiq olaraq 1,4°C və 5°C temperatur qeydə alıblar.
