İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı "Aston Villa"nın çalışdırıcısı Unay Emeri olub. O, səsvermədə Mikel Arteta ("Arsenal"), Xosep Qvardiola ("Mançester Siti") və Daniel Farkeni ("Lids") qabaqlayıb.
"Aston Villa" dekabr ayında Emerinin rəhbərliyi altında 6 oyuna çıxıb, 5 qələbə qazanıb, 1 dəfə məğlub olub.
Xatırladaq ki, noyabr ayında bu mükafata dekabrda "Çelsi"dən ayrılan Enzo Mareska layiq görülmüşdü.
