ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Qrenlandiyanı ilhaq etmək və onu ştat etmək üçün konqresə qanun layihəsi təqdim edib.

"Unikal" xəbər verir ki, Respublikaçı bu addımı Tramp administrasiyasının Danimarka ərazisi olan adanın ABŞ-a verilməsi ilə bağlı artan tələbləri fonunda atdığını bildirib. 

Fayn bildirib ki, "Qrenlandiya ucqar bir forpost deyil; o, həyati əhəmiyyətli milli təhlükəsizlik resursudur. Qrenlandiyanı idarə edən şəxs əsas Arktika gəmiçilik marşrutlarına və təhlükəsizlik arxitekturasına nəzarət edir. Amerika bu gələcəyi dəyərlərimizi xor görən və təhlükəsizliyimizi sarsıtmağa çalışan rejimlərin əlinə buraxa bilməz".