Moldova prezidenti Maya Sandu referendum keçiriləcəyi təqdirdə Moldovanın Rumıniya ilə birləşməsinə səs verəcəyini bildirib.

"Unikal" xəbər verir ki, Moldova lideri bu açıqlamanı "The Rest is Politics: Leading" podkastında verib.

O bildirib ki, "Əgər referendum keçirilsəydi, mən Moldovanın Rumıniya ilə birləşməsinə səs verərdim".

Onun sözlərinə görə, hazırda kiçik dövlətlərin "demokratik, suveren dövlətlər kimi yaşaması" getdikcə çətinləşir. O əlavə edib ki, belə birləşmə Rusiyaya qarşı durmaq üçün də lazımdır.