Britaniya Müdafiə naziri Con Hili Putini "oğurlamaq" istəyir.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistin "Siz olsaydınız, hansı dünya liderini qaçırardınız" sualına cavabında deyib.
"Mən Putini oğurlayardım. Onu bu müharibə cinayətlərinə görə cavab verməyə məcbur etmək üçün. Ukraynaya ilk səfərlərimdən birində Buçada gördüklərimə görə və Ukrayna uşaqlarının qaçırılmasına görə", - deyə Hili bildirib.
"Düzünü desəm, sualdan yayınacağını düşünürdüm. O, əsl əfsanədir!" - deyə müxbir qeyd edib.
