“Kəpəz” qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, “sarı-göylər” Veysəl Rzayevin keçidini rəsmiləşdirib.

23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Gəncə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Veysəl Rzayev mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran futbolçu ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.