Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Polkovnik-leytenant 2 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.