“Sabah” komandası futbolçu Umarali Raxmonaliyevi birdəfəlik transfer edib.
Klubdan "Unikal"a bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib
Yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. 22 yaşlı futbolçu Bakı klubunun heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
