İngiltərənin "Vest Hem" klubu İtaliya təmsilçisi "Latsio"dan Tati Kastelyanosun transferini rəsmən elan edib.
"Unikal" xəbər verir ki, London klubunun mətbuat xidməti 27 yaşlı argentinalı hücumçu ilə müqavilə imzalandığını bildirib.
Mendoza şəhərində anadan olan və Argentina yığmasında iki oyun keçirən mərkəz hücumçusu, karyerası ərzində Uruqvay, ABŞ, İspaniya və İtaliya klublarında ümumilikdə 100 qol vurmağı bacarıb. 178 sm boya malik olan futbolçu sağ ayağı ilə nümayiş etdirdiyi effektli oyunla tanınır.
"Vest Hem" rəhbərliyi Kastelyanosun gəlişi ilə hücum potensialını daha da artırmağı hədəfləyir.
