Bu səhər 21 əyalətdə İŞİD terror təşkilatını hədəf alan eyni vaxtda keçirilən əməliyyatlarda 357 şübhəli saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb.

***10:53

İŞİD terror təşkilatını hədəf alan əməliyyatlar İstanbul və Ankarada həyata keçirilib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatların İstanbul mərhələsində eyni vaxtda 114 ünvana basqınlar edilib. 127 şübhəli saxlanılıb. 

Saxlanılan şübhəlilərin Yalovadakı hücumu törədənlərlə əlaqəli olduqları və Yeni il günü oxşar hücuma cəhd etdikləri ehtimal olunur.

***09:54

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.

"Unikal" xəbər verir ki, dünən Yalovada baş verən qarşıdurmada 3 polis məmurunun şəhid olmasından sonra bu gün yeni basqınlar həyata keçirilib.

Belə ki, hüquq-mühafizə orqanları İstanbulda aparılan istintaq çərçivəsində üç vilayətdə 114 ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirib. Gecə saatlarında başlayan reydlərdə 110 şübhəli saxlanılıb. 5 şübhəlinin tutulması üçün səylər davam etdirilir. 

Gülayə Mecid