Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilləri toqquşub, hadisə zamanı "VAZ 2106 "markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.
Seymur Əli
