Ucarda qazdan zəhərlənən şəxs ölüb
"Unikal"ın məlumatına görə hadisə şəhərin N.Nərimanov küçəsində baş verib. Yaşadığı evdə dəm qazından zəhərlənən 1971-ci il təvəllüdlü rayon sakini Əhmədov Rasim Mirəddin oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
