Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə,  hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Z.Verdiyevanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov