Papa XIV Leo Ukraynaya 100.000 porsiya hazır toyuq və tərəvəz şorbası olan üç yük maşını bağışlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. 

Milad gecəsi Koreyanın Samyang Foods şirkəti tərəfindən göndərilən humanitar yardım daşıyan üç yük maşını Vatikana çatıb.

Yük daha sonra bombardmanlardan ən çox təsirlənən, elektrik enerjisi, su və ya istilik sisteminin olmadığı müharibə zonalarına göndərilib.

Kardinal Konrad Krajevski qeyd edib ki, Papa Leo "yalnız sülh üçün dua etmir, həm də əziyyət çəkən ailələrlə birlikdə olmaq istəyir".