Suriyanın mərkəzində yerləşən Homs şəhərindəki məscidə törədilən terror aktı nəticəsində beş nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu  barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb. 

Nazirlik partlayış nəticəsində 21 nəfərin isə yaralandığını açıqlayıb.

***14:51

Suriyanın mərkəzində yerləşən Homs şəhərində məsciddə partlayış baş verib. 

"Unikal" SANA-ya istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Partlayış Homsun İmam Əli bin Əbu Talib məscidində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.