Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Həmkarlar İttifaqları Təşkilatlarının birgə dəstəyi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı Goranboy Rayon Olimpiya İdman Kompleksində şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid övladlarını 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edib.
Şəhid övladları üçün yeni il yolkası ətrafında bayram şənliyi təşkil olunub, uşaqlara bayram hədiyyələri verilib.
