FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer qadağası qoyub.
"Unikal" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qadağaya səbəb "Əl-Nəsr"in 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportun transferi üçün "Mançester Siti"yə borclu qalması ola bilər.
Vurğulanır ki, klub "şəhərlilər"a təxminən 9 milyon avro ödəməyib. Borcun ödənilməsi üçün son tarix 31 avqustda başa çatıb.
Ötən payızda isə Laport "Əl-Nəsr"dən "Atletik"ə keçib.
Xatırladaq ki, "Əl-Nəsr"in kapitanı "Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldodur.






.jpg)



.jpg)







.jpg)

.jpg)







.webp)

.jpg)




.jpg)
.jpg)





.jpg)



.jpeg)


.jpg)

.jpg)


