Böyük Britaniyanın Kralı III Çarlz genişmiqyaslı xeyriyyə kampaniyası çərçivəsində xərçənglə mübarizəsi barədə ictimaiyyətə müraciət edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumatda III Çarlzın müraciətinin "şəxsi" olduğu bildirilir. Monarx diaqnozu, xəstəliklə mübarizəsi və xəstəliklə bağlı şəxsi təcrübəsi haqqında ətraflı məlumat verəcək. O, həmçinin erkən aşkarlanmanı təmin etmək üçün xərçəng müayinə proqramlarından da danışacaq.
Bu açıqlama Britaniya monarxiyası üçün unikaldır, çünki kral ailəsinin üzvləri ənənəvi olaraq tibbi məsələlərlə bağlı məlumatları məxfi saxlayırlar.
