"Bu məsələdə Akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər və barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti, akademik İsa Həbibbəyli deyib.
"Məsələyə akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək" - deyə AMEA prezidenti bildirib.
Anar Kəlbiyev
