Məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı, eləcə də onların əməkhaqqıları artırılacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb.

Sənəddə bildirilib ki, ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.

Ştat sayının artırılmasına dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Bu iş üçün əsas icraçı orqan Nazirlər Kabineti müəyyən edilib.