ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Vaşinqtonda təşkil olunub.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, D pley-offunun qalibi (Danimarka/Şimali Makedoniya - Çexiya / İrlandiya cütünün qalibi)

B qrupu: Kanada, Qətər, İsveçrə, A pley-offunun qalibi (İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina cütün qalibi)

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, C pley-offunun qalibi (Türkiyə/Rumıniya - Slovakiya/Kosovo cütünün qalibi)

E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador

F qrupu: Niderland, Yaponiya, B pley-offunun qalibi (Ukrayna/İsveç - Polşa/Albaniya cütünün qalibi), Tunis

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

I qrupu: Fransa, Seneqal, Norveç, 2-ci pley-offun qalibi

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, 1-ci pley-offun qalibi, Özbəkistan, Kolumbiya

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Açılış oyununda Meksika ilə Cənubi Afrika Respublikası qarşılaşacaq.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.

*** 10:16

Bu gün ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Unikal" xəbər verir ki, Vaşinqtonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Püşkatmadan əvvəl ölkələr 4 qrupa bölünüblər. İlk 3 səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək 6 komanda yer alacaq.

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası

4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin 6 qalibi

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.