İspaniyanın “Betis” klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqaviləni yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə Sevilya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2026-cı ilin yayında başa çatacaq sözləşmənin müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, 72 yaşlı çilili mütəxəssis 2020-ci ilin avqustundan komandaya rəhbərlik edir.