Ermənistan, İran, Türkiyə, Rusiya və Gürcüstanda meşə yanğınları qeydə alınıb. 

"Unikal" xəbər verir ki, Ermənistanda yanğınlardan biri Azərbaycanla həmsərhəd olan Geqarkunikdə başlayıb. 

Digər irihəcmli yanğın Tavuş bölgəsində davam edir. Yanğınların hansı səbəbdən baş verdiyi məlum deyil. Müdafiə Nazirliyinin helikopteri yanğınla mübarizəyə cəlb olunub.

Հրդեհ Տավուշի մարզում - Sputnik Արմենիա, 1920, 25.11.2025

Gürcüstanın Bağdati bölgəsinin Xani kəndi yaxınlığında qarışıq meşənin yamaclarında yanğın davam edir. 

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, alovun söndürülməsində xüsusi texnika və 200-ə yaxın yanğınsöndürən iştirak edir. Hazırda hadisə yerində intensiv yanğınsöndürmə prosesi gedir.

İşə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və xüsusi texnikası ilə yanaşı, Sərhəd Polisinin 3 helikopteri də cəlb olunub. Hadisə yerində təcili qərargah yaradılıb.

ხანძრები

İranın Culfa rayonunun Namanaq meşə sahələrində iki gün əvvəl başlayan kütləvi yanğın hələ də davam edir.

Bölgənin bitki örtüyünün böyük bir hissəsini əhatə edən bu yanğın ətraf mühit qüvvələrinin, təbii sərvətlərin, Qızıl Aypara xilasedicilərinin iştirakı və səyləri, ətraf kəndlərin sakinlərinin iştirakı ilə söndürülür.

Yanğnın söndürülməsi üçün Qızıl Ayparanın yanğınsöndürmə helikopterləri bölgəyə cəlb olunub. 

فیلم| ورود بالگردهای ارتش به مازندران برای مهار آتش‌سوزی جنگل‌های چالوس -  ایرنا

Bundan əlavə, Qaradağ və Gilan meşələrində də yanğınlar davam edir. 

Daha əvvəl Hirkanın Elit meşələrində başlayan yanğını Hərbi və Xilasetmə qüvvələrinin səyi ilə söndürmək mümkün olub. 

Qardaş ölkənin Ərzurum vilayətinin Şenkaya rayonunda da meşə yanğınları baş verib. Yanğınlardan ikisi nəzarət altına alınıb, birinə müdaxilə davam edir.

Erzurum'da 3 noktada çıkan orman yangınlarının 2'si kontrol altına alındı

Hələlik məlum olmayan səbəbdən Kılıçboğazı ərazisində yanğın başlayıb. Xəbər verildikdən sonra əraziyə yanğınsöndürənlər və jandarma qrupları sövq edilib. Yanğın güclü külək nəticəsində Değirmendere, Dolunay və Çamlıalan bölgələrində üç yerə yayılıb. Bölgəyə Ərdahanın Şenkaya, Oltu və Gölə rayonlarından qruplar cəlb olunub. 

Bundan bir gün əvvəl Ordunun Kumru rayonunda başlayan meşə yanğınını 22 saat sonra söndürmək mümkün olmuşdu. 

Şimal qonşumuz Rusiyada da meşə yanğınları baş verib. Krasnodarın Gelendjik, Severski və Abinski rayonlarında meşə yanğınları qeydə alınıb.

Yanğınsöndürmə qüvvələri 48 hektar ərazini əhatə edən dörd meşə yanğınını söndürüblər. Bu yanğınlar üç regionda söndürülüb: İnquşetiya Respublikası, Krasnodar diyarı və Xabarovsk diyarı.

Yanğının söndürülməsinə 209 nəfər canlı qüvvə və 70 texnika cəlb olunub.

Fövqəladə vəziyyət elan olunmayıb.

Ağarza Elçinoğlu