ABŞ Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrinin Ukraynada sülh danışıqlarında iştirakına qadağa qoya bilər.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bundan əvvəl “The Washington Post” xəbər vermişdi ki, Aİ liderləri ABŞ-nin Ukraynadakı münaqişənin həlli planına öz cavablarını hazırlayıblar. Bu plan, digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinə heç bir məhdudiyyət tətbiq etməməyi və atəşkəsdən sonra ərazi mübahisələrinin həllini təklif edir.
