"Sen Anlat Karadeniz"də "Nefes" obrazı ilə məşhurlaşan aktrisa İrem Helvacıoğlunun Ural Kaspardan boşanması ilə bağlı iddialar yayılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2024-cü ildə ailə həyatı quran cütlük yayılan iddiaları təkzib edib.
Xatırladaq, onların bir ay əvvəl qızları dünyaya gəlib. İş adamı olan Ural və İrem körpələrinə "Sora" adını qoyublar.
