Güney Azərbaycanın görkəmli sənətkarlarından biri, ozan-aşıq sənətinin canlı əfsanəsi sayılan urmulu Aşıq Məhəmməd Hüseyn Dehqan dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, ustad aşıq 91 yaşında həyatla vidalaşıb. 

Qeyd edək ki, Aşıq Dehqan 1934-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. O, Urmu aşıq məktəbiniŋ yaşayan ən böyük ustadı sayılırdı.