Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.
"Unikal" xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.
***
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
“Unikal” xəbər verir ki, bununla bağlı Apa-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, A.Buzovnalının 53 yaşı var idi.
