Bakının Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 

*** 20:53

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli  məhdudlaşdırılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir", - deyə məlumatda qeyd edilir.