Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə baş tutur. 

"Unikal" xəbər verir ki, bu məqsədl Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Kəhrizli kəndində səyyar qəbul keçirib.

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı, aidiyyatı xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirib. İcra başçısı qəbuldan sonra Kəhrizli kənd tam orta məktəbində olub, burada yeni inşa olunacaq modul tipli məktəb layihəsi barədə söhbətlər aparıb, bununla bağlı tapşırıq və tövsiyələrini bildirdi.