Milli Məclisin deputatı Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçirib.
"Unikal" xəbər verir ki, qəbul zamanı əsasən işsizlik və idmanla bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.
