Türkiyəli aktyor Şahan Gökbakarın baş rolunu canlandırdığı "Receb İvedik 8" filmi çəkiləcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi "Disney Plus"da yayımlanacaq.

İki hissədən ibarət layihə 2026-ci ildə təqdim olunacaq.

Qeyd edək ki, filmin ssenarisini də aktyor özü yazır.