Amerikalı aktyor Tom Kruz kinoya verdiyi töhfəyə görə fəxri "Oscar" mükafatını qazanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı aktyora mükafatı rejissor Alejandro İnyarritu təqdim edib.

Mükafatı qəbul etdikdən sonra Hollivud ulduzu təsirli nitq söyləyərək, kinonu yaradan bütün insanlara ehtiramını bildirib.

"Kino mənim üçün bütün dünyanı açır. Haradan gəlməyimizdən asılı olmayaraq, biz birlikdə gülürük, birlikdə hiss edirik, birlikdə ümid edirik və bu sənət növünün gücüdür. Ona görə də film çəkmək təkcə mənim etdiyim bir iş deyil, həm də mənim kim olduğumdur".  

Kruz əvvəllər dörd dəfə "Oskar"a namizəd olub. 40 ildən artıq karyerası ərzində Tom Kruz çoxsaylı filmlərdə çəkilib. Onun karyerasında mühüm mərhələ 1983-cü ildə yayımlanan "Risky Business" filmindəki rolu olub.

Aktyorun bir neçə filmi ona "Oscar" nominasiyaları və "Qızıl Qlobus" mükafatları qazandırıb.

Gülayə Mecid