Goranboy rayonunda Vətən müharibəsi şəhidlərimizin 5-ci ildönümü münasibətilə ümumrayon tədbirləri davam etdirilir.
"Unikal" xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və bir qrup şəhid ailələri ilə birgə, rayonun bir neçə yaşayış məntəqələrində şəhidlərimizin məzarlarını ziyarət edib.
