Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək “Changan” markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən talandığını bildirib. 

"Unikal" xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.