Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.

"Unikal" xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun, bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu da oğurladığı məlum olub.

Araşdırma aparılır.