Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib.

"Unikal" xəbər verir ki, Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.

Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.