Hüquq-mühafizə orqanları “Hüriyyət TV”-də əməliyyat keçirib.
"Unikal" Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hürriyyət TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin "Hürriyyət TV"-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
***
Məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.
