Sanae Takaiçi Yaponiyanın yeni baş naziri seçilib.

"Unikal" xəbər verir ki,  o, ölkə tarixində hökumətə rəhbərlik edən ilk qadındır. 

***

Yaponiyanın baş naziri Şiqeru İşibanın rəhbərlik etdiyi hökumət istefa verib.

"Unikal" xəbər verir ki, bu  barədə "Kyodo" agentliyi məlumat dərc edib. 

Bildirilir ki, bu gün ölkə parlamentində yeni baş nazir seçkiləri keçiriləcək. Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) müxalifətdəki Yaponiya Yeniləmə Partiyası ilə LDP lideri Sanae Takaiçinin baş nazir seçilməsinə zəmanət verəcək koalisiya yaratmağa razılaşıb.