“Kəpəz” komandası yeni futbolçu transfer edib.
Klubdan "Unikal"a bildirilib ki, "sarı-göylər" Şahmar Aşurovu heyətinə qatıb. 21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Ş. Aşurov son olaraq "Zirə" klubunun formasını geyinib.
