Noyabrın 5-də Vətən müharibəsi şəhidləri Hadıyev Raqim Teymur oğlunun, İbadzadə Zabil Fikrət oğlunun və Cəfərzadə Eşqin Hamlet oğlunun anım günüdür. Anım günləri ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri tərəfindən şəhidlərin Ələzəpin, Ürgə və Şiləvar kənd qəbiristanlıqlarındakı məzarları ziyarət olunub.
"Unikal" xəbər verir ki, şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğu vurğulanıb.
Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.








.jpg)























.jpeg)









