Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

***10:42

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən "Unikal"a verilən məlumata görə, görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edib

Ramiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.

***10:05

Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib.

"Unikal" xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.