"TRT1" kanalında yayımlanan "Gönül dağı" serialında ayrılıq yaşanacaq.
"Unikal" xəbər verir ki, ekran işinə Erdal Özyağcılar vida edəcək. O, ötən ildən bəri layihədə “Süleyman Kaya”ı ifa edirdi.
Qeyd edək ki, layihənin baş rollarını Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk paylaşır.
