Fransa millisinin hücumçusu Kilian Mbappe milli komandanın düşərgəsini tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı forvard bərpasını klubu “Real”da davam etdirəcək.
Mbappe 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla oyunun (3:0) 83-cü dəqiqəsində əvəzlənmişdi. Bundan əvvəl futbolçu topuq nahiyəsində problem yaşayırdı.
Qeyd edək ki, Fransa millisi oktyabrın 13-də seçmə mərhələdə səfərdə İslandiya ilə qarşılaşacaq.
