Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Unikal"  xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunda səfərdə Fransa ilə qarşılaşıb.

“Park de Prens” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Azarkeşlər oyunda 3 qola şahidlik ediblər. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.