Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.

*** 14:34

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib.

"Unikal" xəbər verir ki, görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.

Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub.