Kaliforniyada tibbi helikopter Amerikanın Sakramento şəhərində magistral yola enərək qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan üç nəfər ağır yaralanıb.

Polis magistral yolun qəza baş verən hissəsini bağlayıb. Qəzanın səbəbləri araşdırılır. Məlumata görə, sözügedən helikopter tibbi xidmət göstərən REACH şirkətinə məxsusdur.  

Gülayə Mecid